Narkoman oğlu hollivud rejissoru atasını öldürdü, sonra yandırdı - VİDEO

Los-Ancelesdə məşhur Hollivud rejissoru Rob Reynerin narkotik asılısı oğlu atasını və həyat yoldaşını bıçaqlayaraq yandırıb.

78 yaşlı Rob Reyner Ceyk və Nik adlı iki oğul atasıdır. Uşaqlar varlı böyüyüblər və heç nəyə ehtiyac duymayıblar, amma bir müddət sonra Nik narkotikə aludə olub və evsizlərlə küçələrdə yaşamağa başlayıb. İndi o, valideynlərinin qətlində əsas şübhəlidir.

Rob Reyner "Hər şey ailədə" kult sitkomunda Mayk Mithed rolu ilə şöhrət qazanıb və "Uoll Strit Qurdu" filmində rol alıb. O, həmçinin "Yeşikdə oynayana qədər", "Mənimlə qal", "Şahzadə gəlini", "Harri Salli ilə görüşəndə", "Mizery" və "Bir neçə yaxşı kişi" kimi məşhur filmlərə rejissorluq edib.

Stopnarkotik.az