İran Hörmüzdə yük gəmisini vurdu - Boğaz tamamilə bağlandı / VİDEO

İran Hörmüz boğazından icazəsiz keçməyə çalışan Taylanda aid konteyner gəmisini vurub. 

Stopnarkotik.az "azpolitika"ya istinadən xəbər verir ki, bu barədə görüntülər dünya mediasında və sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusu(SEPAH) bu cür cəhdlərin qarşısının bundan sonra da alınacağını bildirib.

“Al-Jazeera”-nin məlumatına görə, Hörmüz Boğazı gərginliyin artması səbəbindən praktiki olaraq bağlanıb.

Bu, qlobal ticarət və enerji bazarlarında ciddi rezonans doğurub.

Boğazın bağlanması ilə enerji qiymətləri kəskin artıb. Neft bazarında qeyri‑sabitlik nəticəsində “Brent” markalı neft qiymətləri yüksəlib.