Çinin şimalında yerləşən Şansi əyalətinin Tsinyuan qəzasındakı kömür mədənində baş verən qəza nəticəsində həlak olanların sayı 82 nəfərə yüksəlib.
Stopnarkotik.az-ın məlumatına görə, bu barədə "Xinhua" agentliyi xəbər verir.
***09:05
Çinin şimalındakı Şansi əyalətinin Çançji şəhərindəki kömür mədənində qaz partlayışı baş verib. Hadisə nəticəsində səkkiz nəfər ölüb, 38 nəfər isə yer altında qalıb.
Stopnarkotik.az "Xinhua" agentliyinə istinadən xəbər verir ki, hadisə cümə günü yerli vaxtla səhər saat 7:29-da Çinyuan qəzasındakı Liuşenyu mədənində qeydə alınıb. Qəza zamanı yerin altında ümumilikdə 247 işçi olub.
Aparılan operativ tədbirlər nəticəsində 201 nəfər suyun (yerin) səthinə çıxarılıb. Hazırda hadisə yerində xilasetmə işləri davam edir.