Vətən müharibəsi iştirakçısı, qazi Səyid Əhmədov tərəfindən Stopnarkotik.az-ın redaksiyasına məktub daxil olub. Saytımız vasitəsilə Ağcabədi Mərkəzi Xəstəxanasının rəhbərliyinə təşəkkürünü çatdıran qazi yazır:
“Anam Simuzər Rəşid qızı Cəfərovanı həyata qaytardıqlarına görə, Ağcabədi Mərkəzi Xəstəxanasının direktoru Elnur Abdullayevə, direktor köməkçisi Ceyhun Vəlizadəyə, Terapiya şöbəsinin rəisi Hüseyn Malışova, tibb bacısı Arzu Qəmbərovaya, rematoloq həkim Faiq Aşırova, böyük tibb bacısı Xəyalə Bayramzadəyə, xəstəxanın dəstək xidmətləri şöbəsinin rəisi Tural Abbasova və ümumilikdə bütün tibb personalına dərin minnətdarlığımı bildirmək istəyirəm. Həmçinin, tibb bacılarına, kiçik tibb personalına və porterlərə təşəkkürümü bildirirəm. Hər zaman diqqətli, mehriban və pozitiv olduğunuza görə çox sağ olun. Fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə Vətən müharibəsi iştirakçısı, qazi Səyid Əhmədov”.
Stopnarkotik.az
