"Müharibə onların təslim olacağı vaxta qədər davam edəcək" - İRAN ORDUSU

Müharibə ABŞ və İsrailin "rüsvayçı şəkildə" təslim olmalarına qədər davam edəcək.

İran mediasının xəbərinə görə, bunu Xatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfüqari deyib.

Zülfüqari, həmçinin ABŞ və İsrailə indiki zərbələrdən daha ağır hücumlar ediləcəyini bildirib.

O əlavə edib ki, İranda indiyə qədər hədəfə alınan obyektlərin böyük əhəmiyyəti yoxdur və İranın strateji hərbi istehsalı ABŞ–İsrailin məlumatsız olduğu, heç vaxt əlinin çatmayacağı yerlərdə həyata keçir.