Türkiyənin Ədirnə şəhərinin Kapıkule sərhəd keçid məntəqəsində aparılan yoxlama zamanı yük maşınından 32 kiloqram 480 qram narkotik və çoxsaylı elektron siqaret müsadirə edilib.
Stopnarkotik.az xəbər verir ki, Bolqarıstandan Türkiyəyə daxil olmaq üçün Kapıkuleyə gələn yük maşını Ədirnə Gömrük Mühafizəsi Qaçaqmalçılıq və Kəşfiyyat İdarəsi qrupları tərəfindən şübhəli hesab edilib. Yük maşını rentgen müayinəsinə göndərilib və narkotik tapan "Bodri" adlı it ilə axtarış aparılıb.
Axtarış zamanı 32 kiloqram 480 qram kannabis, 1.440.000 siqaret filtri, 4.800 siqaret kağızı, 20 batareya, 10.005 atomizator, 4.034 elektron siqaret, 2.690 elektron siqaret patronu, 20 cüt eynək, 212.541 dərman və 3.000 elektron siqaret kapsulu aşkar edilib. Sürücü saxlanılıb.
Stopnarkotik.az