Türkiyədə yük gəmisində 106 kq kokain aşkarlandı - ƏMƏLİYYAT

Türkiyədə təhlükəsizlik qüvvələri Panama bayrağı altında üzən yük gəmisində 106 kiloqram kokain aşkarlayıblar.

DHA agentliyi xəbər verir ki, narkotik maddələrin ələ keçirilməsi əməliyyatında Türkiyənin Milli Kəşfiyyat Təşkilatı, Jandarmeriya və Sahil Mühafizə Qüvvələrinin əməkdaşları birgə iştirak ediblər.

Bildirilir ki, sözügedən gəmi Kocaeli sahillərindən İstanbul istiqamətində hərəkət edərkən Sahil Mühafizə Qüvvələri tərəfindən dayandırılıb.

Gəmidə aparılan axtarış zamanı konteynerlər arasında gizlədilmiş 106 kiloqram kokain aşkarlanaraq müsadirə edilib.