Xırdalanda avtomobildən oğurluq edən 22 yaşlı keçmiş məhkum saxlanıldı

Abşeron rayonu Xırdalan şəhəri ərazisində avtomobildən oğurluq edilib.

DİN mətbuat xidmətindən Stopnarkotik.az-a verilən xəbərə görə, zərərçəkən polisə müraciət edərək ona məxsus “Mercedes” markalı maşının içərisindən maqnitofon, geyim və digər dəyərli əşyalarının talandığını bildirib. 

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 22 yaşlı R.Borisov müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, o, gecə saatlarında parklanma yerində saxlanılan avtomobilin qapısının açıq qalmasını fürsət bilərək talama əməlini həyata keçirib. 

Araşdırmalar davam etdirilir.