ABŞ Hörmüzdə İranın 4 PUA-sını məhv etdi

ABŞ ordusu Hörmüz boğazı istiqamətində hərəkət edən azı 4 İran PUA-sını məhv edib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Vurulan PUA-ların hədəfinin kommersiya gəmiləri və ya ABŞ hərbi qüvvələri olduğu ehtimal edilir.

Rəsmi Vaşinqton hadisə ilə bağlı hələlik əlavə açıqlama verməyib.