Müsahibimiz “Baku Rehab” Reabilitasiya Mərkəzinin rəhbəri, 22 il n@rkotik asılısı olan Nahid Qasımzadədir.
Ali təhsilli olan, 6 dildə mükəmməl danışan N.Qasımzadə deyir ki, ilk dəfə 18 yaşında – hərbi xidmətdə olan zaman n@rkotik istifadə edib. 30-a yaxın ölkədə olan müsahibmiz bildirir ki, hansı ölkəyə getsə də, ilk olaraq n@rkotik axtarmağa başlayıb. “Hətta Penkində olanda dil bilmədən gedib n@rkotik tapdım”, - deyən Nahid Qasımzadə vurğulayır ki, n@rkotiki ilk dəfə səsinin xırıltılı çıxması üçün istifadə edib: “Məndə hər şey vardı, bir tək səsimin xırıltısı çatmırdı”.
Buyrun, N.Qasımzadənin həyat hekayəsini onun öz dilindən eşidin.
Stopnarkotik.az