Gənclər təşkilatı layihəsinin icrasını davam etdirir

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “ Erkən nikahların ailə instituna təsiri” adlı növbəti tədbirini Respublikamızın Yardımlı rayonunda həyata keçirib.

Hazırda dünyanı narahat edən aktual problemlərdən biri də erkən nigahlardır. Erkən nigahlar fərdin psixi mənəvi və bioloji cəhətdən ikişafına təsir edən, təhsildən yayındıran, sosiallaşmasına mane olan önəmli bir faktordur.

05 iyun 2026 – cı il tarixində rayonun Şəhid Vidadi Nəciyev adına 4 saylı tam orta məktəbində keçirlən tədbiri güriş sözü ilə Rayon icra hakimiyyətinin məsul əməkdaşı Fikrət Qəhrəmanov açaraq iştirakçıları salamladı və Şəhidlərimizi xatirəsi bir dəqidəlik sükutla yad edildi.

Layihənin rəhbəri Tələt Qəribov mövzu haqqında geniş məruzə ilə çıxış etdi. O çıxışında qeyd etdi ki, bu sahədə görülən tədbirlərə və qadağalara baxmayaraq ölkəmizdə erkən nigahlara yenə də rast gəlinir. Belə ki, statistik məlumatlara görə 2024- cü ildə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 1279 nəfər olmuşdur.

Yardımlı rayon Heydər Əliyev Mərkəzinin drektoru Zeynəb Məmişzadə bu sahədə rayonda görülən maarifləndirici işlərdən danışdı. O qeyd etdi ki, erkən nigaha daxil olan qızlar təhsildən aralı düşür, həyat yoldaşı ilə yaş fərqinə görə ailədə anlaşılmazlıq yaranır və sonda ailələrin dağılmasına səbəb olur.
Məktəbin müəllimi Sevinc Əhmədova çıxışında qeyd etdi ki, bu mövzu çox aktualdır və bu kimi mövzuların məktəblərdə təşkil olunması çox yaxşıdır.

Məktəbin digər müəllimi Firuz Ağayeva da müzakirə olunan məsələ haqqında öz fikirlərini geniş şəkildə iştirakçılara izah etdi. Yardımlı rayon İcra Hakimiyyətinin digər məsul əməkdaşı Şakir Kərimov yekun olaraq mövzu ilə bağlı fikirlərini bildirdi. Rayonda bu mövzuda daim maarifləndirici tədbirlər keçirildiyini qeyd etdi.

Tədbir çay süfrəsi ətrafında müzakirələrdən sonra başa çatmışdır.