Avtomobilin qapısının açıq olmasından istifadə edərək oğurluq edən şəxs saxlanıldı
Stopnarkotik.az xəbər verir ki, paytaxtın Nəsimi rayon sakini polisə müraciət edərək ona məxsus “Hyundai” markalı avtomobildən pul və bank kartının talanmasını bildirib.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Bayramov saxlanılıb.
Araşdırmalarla onun avtomobilin qapısının açıq olmasından istifadə edərək talama cinayəti törətdiyi məlum olub. Bununla kifayətlənməyən E.Bayramov oğurladığı bank kartından da 479 manatı çıxararaq talayıb.
Araşdırma aparılır.