Xəbər verdiyimiz kimi, Avropa Birliyi Narkotiklə Mübarizə Agentliyi (EUDA – Evropean Union Drugs Agency) 2025-ci il üzrə hesabatını açıqlayıb.
Stopnarkotik.az agentliyin saytına istinadən xəbər verir ki, illik hesabatın hazırlanmasında Avropa İttifaqına üzv dövlətlər, o cümlədən namizəd ölkə olan Türkiyə və Norveç tərəfindən quruma təqdim edilən məlumatlardan istifadə olunur. “Avropa Narkotik Hesabatı 2025: Trendlər və İnkişaflar” adlı hesabat Avropada narkomaniyanın vəziyyətini özündə əks etdirir.
Avropa Birliyi Narkotiklə Mübarizə Agentliyinin (EUDA) hesabatında qeyd olunur ki, qanunsuz narkoticarətlə məşğul olan cinayətkar şəbəkələr tərəfindən gənclərin ələ alınması, cəlb edilməsi və istismarının artması narahatlıq doğurur. Cinayətkar şəbəkələr həssas gəncləri həm şəxsən, həm də internet vasitəsilə hədəfə alır, onları narkokuryerlikdə bəzi ekstremal hallarda isə narkotiklə bağlı zorakılıq və qətl cinayətlərində istifadə edir. Bu, narkotikin qara bazarındakı zorakılıq, korrupsiya və kriminal istismara qarşı mübarizə aparmaq üçün əlavə tədbirləri zəruri edib. Baxmayaraq ki, narkotikə bağlı sənədləşdirilmiş cinayət faktları xüsusən ekstremaldır və topdansatış narkotik ticarəti üçün istifadə edilən limanlar və onların ətrafında baş verirdi, artıq belə deyil.
Narkotik qara bazarları ilə bağlı zorakılıq, hədə-qorxu Avropanın kiçik şəhərləri ilə bələdiyyələrində getdikcə daha çox yayılır və ictimai asayişi sarsıdır. Narkotik kriminalı əsasən cinayətkar şəbəkələr daxilində ya onlar arasında hadisələr kimi görünsə də, narkotik üzündən borca düşən şəxslər və ailələr də hədəfə alınır. Bəzi hallarda insanlar narkoticarətin fiquru olmağa məcbur edilə bilirlər.
Bu problemin həlli üçün irəli sürülmüş təşəbbüslərdən biri kimi AB-yə üzv dövlətlərin hakimləri və prokurorları arasında məhkəmə təsis olunur, hansı ki, koordinasiyanı möhkəmləndirəcək “Eurojust” bazasında "Mütəşəkkil Cinayətkarlıq üzrə Avropa Məhkəmə Şəbəkəsi"nin yaradılması bu məsələni həll etməyi hədəfləyir. Belə ki, Avropa Narkotiklə Mübarizə Agentliyi (EUDA) Avropada narkotiklə bağlı zorakılığın təbiətini daha yaxşı anlamaq və qərar qəbul edənlərə bu problemlə necə mübarizə aparmaq barədə ən əhatəli məlumat vermək üçün yeni layihəyə başlayıb. Bu səylərin bir qismi kimi və Avropa Komissiyası ilə əməkdaşlıq çərçivəsində EUDA 2024-cü ilin noyabr ayında Brüsseldə narkotiklə bağlı zorakılıq üzrə ilk Avropa konfransı təşkil etdi. Konfransda həm sağlamlıq, həm də təhlükəsizlik məsələləri nəzərə alınmaqla, ictimai təhlükəsizliyin və ictimai sağlamlığın təmin edilməsi məqsədi ilə narkotiklə əlaqəli zorakılığın müxtəlif aspektləri müzakirə olunub.
Stopnarkotik.az