“Qarabağ” futbol komandasının üzvü Elvin Cəfərquliyev “Qarabağ” – “Ayaks” matçını Qadın və Uşaq Sığınacağında icazə alaraq təkbaşına izləyən azyaşlı Əkbər Zülfüqarovla görüşüb.
Stopnarkotik.az musavat.com-a istinadən xəbər verir ki, futbolçu görüşlə bağlı fotoları və görüntüləri öz “Instagram” hesabında paylaşıb.
Görüş zamanı E.Cəfərquliyev Əkbəri sevindirərək ona imzalı formasını hədiyyə edib.
Xatırladaq ki, bir müddət əvvəl sığınacaq azyaşlının matçı tək izlədiyi anları paylaşmış və bu sözləri qeyd etmişdi: “Özü o qədər gözəl futbol oynayır ki... Bu gün icazə alıb, oyuna baxandan sonra yatacaq”.

