Gəncə həyat yoldaşına balta ilə xəsarət yetirən şəxs tutulub.
Stopnarkotik.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 45 Zöhrab Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir
***11:57
Gəncədə əri tərəfindən baltalanan qadının son durumu açıqlanıb.
TƏBİB-dən bildirilib ki, aprelin 21-i saat 02:20-də 1 qadın Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 41 yaşlı qadına baş, boyun və çiyin nahiyyələrinin kəsilmiş yarası diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyəti orta ağır qiymətləndirilən pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
***09:23
Gəncə şəhərində məişət zəminində ağır xəsarətlə nəticələnən hadisə baş verib.
Stopnarkotik.az lent.az-a istiandən xəbər verir ki, şəhər sakini, 1985-ci il təvəllüdlü S. Cəfərova bədənin müxtəlif nahiyələrindən açıq yaralarla xəstəxanaya yerləşdirilib.
Zərərçəkənə dərhal tibbi yardım göstərilib, vəziyyətinin hazırda kafi olduğu bildirilir.
İlkin məlumata əsasən, qadına xəsarətləri həyat yoldaşı balta ilə yetirib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.