Türkiyədə daha bir məktəbə silahlı hücum: ÖLƏNLƏR VƏ YARALILAR VAR - VİDEO / YENİLƏNİB-2

Türkiyənin Kahramanmaraş şəhərindəki məktəblərin birinə silahlı hücum edən şagird özünü öldürüb.

Bu barədə NTV məlumat yayıb.

Qeyd olunub ki, səkkizinci sinif şagirdi məktəbə 5 silah və 7 daraqla gəlib.

O ilkin məlumata görə 4 nəfərin həyatına son verib, 20-sini yaralayıb.

Hadisəni törədən şəxsin atası keçmiş polis əməkdaşı olub.

Türkiyənin Kahramanmaraş şəhərindəki məktəblərin birinə silahlı hücum nəticəsində 4 nəfər ölüb, 20-si yaralanıb.

Bu barədə şəhər valisi Mükerrem Ünlüer məlumat verib.

Onun sözlərinə görə, ölənlərdən biri müəllim, üçü şagirddir.

Silahlı hücumu 8-ci sinif şagirdinin törətdiyi bildirilir.

***:15:17

Türkiyənin Kahramanmaraş şəhərindəki məktəblərin birinə silahlı hücum nəticəsində ölən və yaralananlar var.

Bu barədə şəhər valisi Mükerrem Ünlüer məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində hələlik 6 yaralı və bir ölü məlumdur.

***15:06

Türkiyədə məktəbə silahlı hücum olub.

NTV-nin xəbərinə görə, hadisə Kahramanmaraşda baş verib.

Hadisə nəticəsində 6 nəfərin yaralandığı bildirilir.

Hadisə yerinə çox saylı tibbi briqadalar və polis qüvvələri cəlb olunub.

Qeyd edək ki, ötən gün Şanlıurfada liseyə silahlı hücum olub, hadisə nəticəsində 16 nəfər yaralanıb. Hücumu törədən şəxs özünü öldürüb.