Avropa Birliyi Narkotiklə Mübarizə Agentliyi (EUDA – Evropean Union Drugs Agency) 2025-ci il üzrə hesabatını açıqlayıb.
Stopnarkotik.az agentliyin saytına istinadən xəbər verir ki, illik hesabatın hazırlanmasında Avropa İttifaqına üzv dövlətlər, o cümlədən namizəd ölkə olan Türkiyə və Norveç tərəfindən quruma təqdim edilən məlumatlardan istifadə olunur. “Avropa Narkotik Hesabatı 2025: Trendlər və İnkişaflar” adlı hesabat Avropada narkomaniyanın vəziyyətini əks etdirir.
Avropa Birliyi Narkotiklə Mübarizə Agentliyinin (EUDA) hesabatında qeyd olunur ki, AB-də qanunsuz narkotiklərin tədarükü ilə bağlı göstəricilərin təhlili bütün növ narkotik maddələrin əlçatanlığının yüksək olduğunu ortaya qoyur. Bundan əlavə, qara bazarda daha geniş çeşiddə, tez-tez yüksək konsentrasiyada və saflıqda geniş yayılmış narkotik vasitələr var ki, bu da potensial sağlamlıq risklərini artırır. Onlara elə maddələr aiddir ki, bunlar haqda həm istehlakçı, həm də sağlamlıq riskləri baxımından elmi sübutlar azdır ya yoxdur. Bəzi narkotiklər üçün bazardakı istehlak məhsullarının (məsələn, yağlar, ekstraktlar, qida məhsulları və veyp məhsulları) diversifikasiyası artmaqdadır (öz-özlüyündə yalnızca bu cümlə nə anlama gəlir – yəni o istehlak məhsullarının vasitəsilə ki, narkotik istifadə olunur, həmin məhsulların çeşidi növbənöv artıb. Yəni narkotiklər daha çox məhsulların vasitəsilə istifadə olunur – veyplər kimi-red.).
Bu tendensiya, xüsusən də sosial və iqtisadi çətinliklərlə üzləşən həssas qruplar üçün ümumən narkotik istifadəsinin və risklərin artması ilə bağlı narahatlıq doğurur. Xüsusilə də polinarkomaniya kontekstində narkotik qarışıqlarının və tabletlərinin, yüksək konsentrasiyalı yaxud yeni maddələrin bilmədən istifadəsi üzündən zəhərlənmələr və ölümlər də daxil olmaqla artan risklər çoxalıb.
Birdən çox maddə istifadəsi, yəni polinarkomaniya sağlamlıq və sosial problemlər riskini tətikləyir. Bu termin qanuni ya qanunsuz iki ya daha çox psixoaktiv maddənin eyni vaxtda yaxud ard-arda istifadəsi deməkdir. 2024-cü il Avropa narkotik şəbəkəsəl sorğusu və ESCAPE şəbəkəsinin şpris tullantılarının təhlili daxil olmaqla bir sıra göstəricilərdən əldə edilən məlumatlar narkotik istifadə edən insanlar arasında geniş yayılmış bir neçə psixoaktiv maddə istifadəsini göstərir. Bir neçə psixoaktiv maddə istifadəsinin artmasına müxtəlif amillər, o cümlədən yeni psixoaktiv maddə və narkotik qara bazarlarının inteqrasiyasının artımı səbəb ola bilər. Buna misal olaraq yarı sintetik kannabinoidlərlə qarışdırılmış kannabis, sintetik katinonlar və ketaminlə qarışdırılmış stimulyatorlar yaxud heroin və ya benzodiazepinlərlə qarışdırılmış və ya bu adlar altında satılan yeni sintetik opioidlər daxildir.
Qəsdən yaxud qəsdən olmayaraq, narkotiklərin spirtli içkilərlə birgə istifadəsi riskləri artırır və kəskin zəhərlənməyə də daxil olmaqla tibbi yardımı çətinləşdirir. Narkotikin istifadə mürəkkəbliyi onda əksini tapır ki, əksər aşırı dozadan ölümlər bir neçə narkotik maddənin istifadəsi ilə bağlıdır, bu zaman opioidlərin digər dərmanlarla birlikdə istifadə edilməsi faktlarına rast gəlinir. Aşırı dozadan ölüm hallarının çoxunda spirtli içkilər və benzodiazepinlər var. Polinarkomaniya ilə bağlı artan problemləri nəzərə alaraq, EUDA bu sahədə siyasət və ən yaxşı təcrübələrin daha effektiv şəkildə tətbiqi üçün bir neçə narkotikin eyni vaxtda istifadə məlumatların toplanmasını və monitorinqini təkmilləşdirmək üzərində işləyir.
P.S. Polinarkomaniya bir maddənin təsirini artırmaq və ya onlardan birinin yan təsirlərini maskalamaq üçün birdən çox psixoaktiv maddənin (narkotik, alkoqol, tütün, dərmanlar) eyni vaxtda və ya ard-arda istifadəsidir. Bu, sağlamlıq risklərini əhəmiyyətli dərəcədə artırır, mürəkkəb asılılıq və bir maddə istifadəsindən daha ağır pozğunluqlar yaradır.
Stopnarkotik.az