İran ABŞ ilə nüvə və digər məsələlər üzrə aparılan danışıqların növbəti mərhələsinə keçmək üçün mühüm şərt irəli sürüb. Tehran dondurulmuş maliyyə vəsaitlərinin bir hissəsinin – 12 milyard dolların – ölkəyə qaytarılmasını tələb edir.
İranın “Fars” agentliyinin məlumatına görə, bu tələb tərəflər arasında müzakirə olunan mümkün razılaşmanın əsas elementlərindən biri hesab olunur. Agentliyə danışan mənbə bildirib ki, ABŞ Prezidenti Donald Trampın son açıqlamalarında bu məsələ xüsusi vurğulanmasa da, Tehran üçün prioritet məhz bloklanmış aktivlərin geri qaytarılmasıdır.
Mənbənin sözlərinə əsasən, razılaşma layihəsində nəzərdə tutulan şərtlərə görə, 12 milyard dolların ödənişi gecikdirilmədən həyata keçirilməlidir. İran tərəfi hesab edir ki, bu öhdəlik yerinə yetirilməyənədək yeni danışıqlar mərhələsinə başlamaq məqsədəuyğun deyil.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Vaşinqton və Tehran arasında hazırlanan memorandum üzrə mühüm irəliləyiş əldə olunduğunu və sənədin əksər müddəalarının artıq razılaşdırıldığını açıqlamışdı.
ramp bu barədə özünün Truth Social platformasında bildirmişdi ki, İranla aparılan danışıqlarda iki əsas məsələ barədə hələ razılıq əldə olunmayıb.
Onun sözlərinə görə, İranın nüvə proqramı və Hörmüz boğazının açılması ilə bağlı əsas məsələlər hələ də həll olunmayıb
"Digər məsələlərdə (İranın nüvə proqramı və Hörmüz boğazından başqa - red.), daha az əhəmiyyət kəsb edən məsələlərdə artıq razılığa gəlinib", - Tramp qeyd edib./azpolitika