ABŞ “Trump Marşrutu” üçün Ermənistana 145 milyon ayırır

ABŞ “Trump Marşrutu” layihəsinin həyata keçirilməsi və avqustun 8-də əldə olunmuş razılaşmalar çərçivəsində Ermənistana 145 milyon dollar ayırmağı planlaşdırır. Bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun rəhbəri Brendan Hanrahan baş nazirin müavini Mqer Qriqoryanla görüşdə deyib. 

"Konqreslə işləyərək, biz Ermənistana 145 milyon dollar məbləğində yardım göstərmək niyyətindəyik. Bu, TRIPP layihəsinin və avqustun 8-də ticarət, infrastruktur, mühüm mineralların tədarük zəncirləri və transsərhəd təhlükəsizlik sahələrində investisiyalar vasitəsilə əldə edilmiş razılaşmaların həyata keçirilməsinə yönəlmiş maliyyənin birinci hissəsidir", deyə Ermənistan hökumətinin nümayəndəsi Dövlət Departamentinin mətbuat xidmətindən sitat gətirir. 

Stopnarkotik.az