Bakıda evdən 12 min manat oğurlandı - 31 YAŞLI KİŞİ SAXLANILDI

Bakıda evdən 12400 manat oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən məlumata görə, paytaxtın Xətai rayonunda evlərin birində talama cinayəti baş verib.

Zərərçəkən polisə müraciət edərək müxtəlif vaxtlarda yaşadığı evdən naməlum şəraitdə 12401 manatının oğurlanmasını bildirib. Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 31 yaşlı V.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.