“Amnistiya aktının həbsdə olan jurnalistlərə də tətbiq edilməsini arzulayıram”.
Stopnarkotik.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.
Deputat bildirib ki, Amnistiya ilə bağlı nə qədər insan sevinəcək: “Bu, çox mühüm bir aktdır və insanların Yeni il qabağı sevincidir. Arzulayıram ki, bu, jurnalistlərə də şamil olunsun. Düzdür, günahları var, cinayətləri var, amma müəyyən cinayətləri bağışlamaq olar. Bir daha həbsdən çıxacaq dustaqları təbrik edirəm. Bir də ora qayıtmasınlar və cinayət törətməsinlər. Prezidentimizə isə eşq olsun, ona uzun ömür arzulayıram”.
Qeyd edək ki, Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürüb.