BAKIDA NARKOKURYER SAXLANILDI - 11 kq narkotik ələ keçdi / Video

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

Stopnarkotik.az xəbər verir ki, tədbir zamanı 36 yaşlı Emin Mirzəyev narkokuryerlikdə şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən və Qaradağ rayonu Qızıldaş qəsəbəsindəki evindən 11 kiloqrama yaxın narkotik vasitə olan marixuana, psixotrop maddə metamfetamin və 2 ədəd elektron tərəzi aşkarlanıb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və paytaxt ərazisində müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. E.Mirzəyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, cari ilin əvvəlindən Nəsimi RPİ-nin əməkdaşları tərəfindən 171 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Stopnarkotik.az