Nüvə fizikinin güllələnmiş meyiti tapıldı

ABŞ-da Massaçusets Texnologiya İnstitutunun (MIT) Plazma Elmi və Termonüvə Sintezi Mərkəzinin direktoru, 47 yaşlı professor Nuno F. G. Lureyro güllə yaraları ilə aşkarlanıb.

Bu barədə AP agentliyi yazıb.

Mənbə qeyd edir ki, o, xəstəxanaya çatdırılsa da, vəfat edib.

Polis hadisəni qətl kimi araşdırır. Hazırda şübhəli şəxslər müəyyən edilməyib.