Bakıda ərini öldürən qadına HÖKM OXUNDU - 1 İL 6 AY HƏBS

Ərinin ad günündə onu öldürməkdə təqsirləndirilən Nərgiz Quliyevanın cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Nərgiz Quliyevanın 12 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Müşavirədən sonra hökm oxunaraq Nərgiz Quliyevanın ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1-ci maddəsi həmin məcəllənin 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilib və ona qəti olaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Qeyd edək ki, hadisə 2025-ci ilin avqust ayında paytaxtın Xəzər rayonunun Türkan qəsəbəsində baş verib. Məlumata görə, 1986-cı il təvəllüdlü Nərgiz Rafiq qızı Quliyeva yaşadığı evdə münaqişə zəminində əri, 1979-cu il təvəllüdlü Natiq Quliyevə bıçaqla xəsarət yetirərək qətlə yetirib. İlkin məlumatlara görə, münaqişəyə səbəb zərərçəkmiş şəxsin ad günündə ailəsi ilə birgə spirtli içki içməsi və yoldaşının ona bu səbəbə görə irad bildirməsi olub. N.Quliyeva polis tərəfindən tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb və Nərgir Quliyevaya Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub./oxu.az