"Quru əməliyyatı başlasa..." - General Əmir Hatəmi ABŞ-ı hədələdi

“Əgər Amerika ordusu İranda quru əməliyyatları aparmağa cəhd edərsə, bir nəfər də düşmən hərbçisi sağ qalmayacaq”.

“Tasnim” xəbər verir ki, bunu İran İslam Respublikası Ordusunun Baş Komandanı general-mayor Əmir Hatəmi bəyan edib.

O, komandanlığın idarəetmə mərkəzlərindən birində ordu qüvvələrinin komandirləri ilə onlayn görüş keçirərək tapşırıqlar verib: düşmənlərin hərəkətlərini son dərəcə dəqiqliklə, anbaan izləmək və düşmənin hücum metodlarına qarşı çıxmaq üçün planları uyğun vaxtda həyata keçirmək lazımdır.

General-mayor Hatəmi vurğulayıb: “Əgər düşmən quru əməliyyatları aparmağa cəhd edərsə, bir nəfər də sağ qalmamalıdır”.

Əmir Hatəmi deyib ki, İran İslam Respublikası ordusunun bütün şəxsi heyəti şəhid olmağa and içiblər.