Bakıda yaşayış binasında yanğın oldu

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 41 m² olan 3 otaqlı mənzilin mətbəxində mebel 2 p.m və 1 ədəd soyuducu yanıb.

Stopnarkotik.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yüksək temperaturdan mətbəxin tavanı və dəhlizin divarları qarsalanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.