Bakıda zavodun həyətində kişi meyiti tapıldı

Bakıda itkin düşmüş şəxsin meyiti zavodun həyətində tapılıb.

Stopnarkotik.az xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Dekabrın 12-si saat 10 radələrində Binəqədi qəsəbə sakini 1991-ci il təvəllüdlü Taleh Şahid oğlu Fehruzlu yaşadığı evdən çıxıb, amma geri qayıtmayıb.

Araşdırmalarla onun dekabrın 14-ü saat 11 radələrində Binəqədi şosesində yerləşən Sərdarov adına zavodun həyətində elektrik cərəyanı vurması nəticəsində öldüyü müəyyən olunub.

Araşdırmalar davam etdirilir.