Buzovnada motosiklet qaçıran şəxs ələ keçdi

Xəzər rayonu Buzovna qəsəbəsinin ərazisində “Yamaha” markalı motosikletin qaçırılması barədə polisə məlumat daxil olub.

Stopnarkotik.az xəbər verir ki, Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 28 yaşlı T.Məlikov motosikleti idarə edərkən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.