Türkiyədə Antalya Vilayət Polis İdarəsinin qrupları narkotik istifadəsi və qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində genişmiqyaslı əməliyyat keçirib.
Stopnarkotik.az xəbər verir ki, Antalya Vilayət Polis İdarəsinin qrupları narkotikin kökünün kəsilməsi, narkotik qaçaqmalçılığı və istifadəsinin qarşısını almaq üçün 2753 polis məmuru, 609 dəstə, 1 vertolyot, 2 PUA, 3 dron, 1 dəniz vasitəsi və 35 xüsusi təlim keçmiş narkotik aşkarlama itinin iştirakı ilə genişmiqyaslı əməliyyat keçirib. Antalya valisi Hulusi Şahin, qubernator müavinləri və Vilayət Polis Rəisi Dr. Sabit Akın Zaimoğlu ilə birlikdə əməliyyata hazırlıq işlərini yerində yoxlayıb və iştirak edən polis məmurlarına uğurlar arzulayıb. Əməliyyatın təfərrüatları Daxili İşlər Naziri Əli Yerlikayanın sədrliyi ilə keçirilən mətbuat konfransında paylaşılıb.
Əməliyyat çərçivəsində Antalyaya səfər edən Daxili İşlər Naziri Əli Yerlikaya mətbuat nümayəndələrinə bildirib ki, “Əməliyyata hazırlıq prosesi zamanı məhəllələrdə və küçələrdə narkotik satan satıcılar kimi tanınan şəxsləri hədəf alan çoxşaxəli texniki və nəzarət işləri apardıq. Əldə edilən məlumat və sənədlərə əsasən, mərkəzi Antalya olmaqla 17 fərqli vilayətdə hərtərəfli əməliyyat keçirilib. Narkokapan Antalya-2 əməliyyatımızda 2753 polis əməkdaşı, 609 qrup, bir vertolyot, iki PUA, üç dron, bir dəniz vasitəsi və 35 xüsusi təlim keçmiş narkotik aşkarlama iti iştirak edib. Eyni vaxtda 414 ünvanda reydlər keçirilib və 458 nəfər saxlanılıb. Əməliyyatımız hazırda davam edir”.
Stopnarkotik.az