Meksikada Miçoakan ştatının keçmiş qubernatoru Silviano Aureoles həbs olunub.
Stopnarkotik.az xəbər verir ki, sabiq qubernator bir neçə il əvvəl hakim MORENA partiyasını və keçmiş prezident Andres Manuel Lopez Obradoru tənqid etməklə yanaşı keçmiş dövlət başçısını mütəşəkkil cinayətkarlıqla bağlantılı olmaqda ittiham etmişdi.
İndi Aureoles özü dələduzluqda, oğurluqda, qeyri-leqal mənşəli resurslarla maliyyə əməliyyatlarında və kriminal qrup yaratmaqda ittiham olunur.
Amma görünür, eks-qubernator tək deyil. Miçokanın demək olar ki, bütün keçmiş kabineti - maliyyə və təhlükəsizlik nazirləri, nümayəndələr və İctimai Təhlükəsizlik Katibliyinin keçmiş əməkdaşı həbs edilib.
Stopnarkotik.az