Narkomaniyanın daha ağır halı - POLİNARKOMANİYA

Narkomaniya pobleminin içində xüsusi yeri olan məsələlərdən biri polinarkomaniya adlanan sindromdur.

Polinarkomaniyanın məğzi ondan ibarətdir ki, insanlar iki narkotikdən ayrıca istifadə etməkdənsə, xüsusi yaxud daha güclü təsir əldə etmək üçün bir neçə narkotiki (məsələn, krek və heroin, yaxud spirt və kokain) qəsdən qarışdırırlar. Bunun klassik nümunəsi qəsdən heroin və kokainin (krek) qarışdırmaqdır. Heroin stimulyatorun mənfi təsirlərini yumşaldır, kokain isə opiatların yaratdığı depressiyanı müvəqqəti olaraq "yüngülləşdirir" ki, bu da ürək üçün çox təhlükəlidir. Qəsdən olmayan polinarkomaniyaya isə  qəhvə, siqaret və spirtli içkilərin digər narkotiklərlə birlikdə eyni vaxtda istifadəsi daxildir ki, bu da polinarkotik asılılığı hesab olunur. Bu yöntəmin təhlükəli tərəfi budur ki, spirtli içki və kokainin kombinasiyası ürək-damar sistemi üçün zəhərlidir və bir çox digər qatqı kombinasiyası aşırı dozaya və ya gözlənilməz reaksiyalara səbəb ola bilər.

Polinarkomaniya niyə təhlükəlidir?

Toksikiliyin artması: narkotik maddələr bir-birinin mənfi təsirlərini (əlavə və ya sinergetik təsirlər) artıra bilər və bədəni həddindən artıq zəhərlə doldurur. Çünki narkotik maddələr bir-biri ilə reaksiyaya girir.

Müalicənin mürəkkəbliyi: Birdən çox maddədən asılılığın müalicəsi tək bir maddədən asılılığın müalicəsi ilə müqayisədə xeyli çətin, mürəkkəbdir və həm fiziki, həm də zehni vəziyyətə kompleks yanaşma tələb edir.

Gözlənilməzlik: qarışdırılan maddələrin təsirləri çox vaxt gözlənilməz olur və dərhal ürək yaxud tənəffüs dayanmasına, ağır zehni stressə səbəb ola bilər.

Stopnarkotik.az