Narkotiklərlə Mübarizə İdarəsinin keçmiş rəsmisi narkokartelə "işləyirmiş"- ŞOK HADİSƏ

ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) keçmiş zabiti bu yaxınlarda “Xalisco Yeni Nəsil” karteli üçün 12 milyon dollarlıq çirkli pulların yuyulmasına razılıq verməkdə ittiham olunub.

Stopnarkotik.az xəbər verir ki, çirkli pulların yuyulmasına qarşı əməliyyatlara nəzarət edən və 2016-cı ildə Trampın andiçmə mərasimindən əvvəl istefa verən Pol Kampo, kartelin ən azı 750.000 dollarlıq çirkli pullarının yuyulmasını və hamısının kriptovalyutaya çevrilməsini həyata keçirib.

İttihamnamədə deyilir ki, Kampo həmçinin narkotiklərin ABŞ-a idxal edildiyinə inanaraq 220 kiloqram kokain üçün pul ödəyib.

O, 25 il Narkotiklərlə Mübarizə İdarəsində (DEA)-da çalışıb. 

Stopnarkotik.az