Xəbər verdiyimiz kimi, Avropa Birliyi Narkotiklə Mübarizə Agentliyi (EUDA – Evropean Union Drugs Agency) 2025-ci il üzrə hesabatını açıqlayıb.
Stopnarkotik.az agentliyin saytına istinadən xəbər verir ki, illik hesabatın hazırlanmasında Avropa İttifaqına üzv dövlətlər, o cümlədən namizəd ölkə olan Türkiyə və Norveç tərəfindən quruma təqdim edilən məlumatlardan istifadə olunur. “Avropa Narkotik Hesabatı 2025: Trendlər və İnkişaflar” adlı hesabat Avropada narkomaniyanın vəziyyətini özündə əks etdirir.
Bu yazıda AB ölkələrində narkotik asılılığının müalicə metodlarına nəzər salınır. Hesabata görə, bəzi AB ölkələrində opioid asılılığı müalicəsinə çıxış aşağı səviyyədə qalır və yeni çətinliklər ortaya çıxır. Opioid agonist müalicəsinə çıxış Avropa Birliyində dəyişir, amma bəzi ölkələrdə bu, kifayət deyil. Bundan başqa, opioid asılılığı ilə mübarizə narkotik qara bazarındakı dəyişikliklər, müalicənin optimallaşdırılmasına potensial təsirlər və müalicə sistemlərində kadr təminatı ilə bağlı çətinliklər səbəbindən çətinləşir.
2023-cü ildə AB-də Norveç və Türkiyə daxil olmaqla təxminən 2,1 milyon insanın qanunsuz narkotik istifadəsi problemləri üçün müalicə aldığı təxmin edilir. İxtisaslaşmış narkotik asılılığı müalicəsi narkotik istifadəsinin və inyeksiyasının dayandırılması və ya azaldılması üçün bir sıra tibbi (farmakoloji daxil olmaqla), psixoloji, sosial və davranış yanaşmalarını əhatə edir. Ümumilikdə, Avropa Birliyində opioid istifadəsi riski yüksək olan təxminən yarım milyon insan müəyyən formada opioid agonist müalicəsi alıb. Opioid agonist müalicəsi opioid asılılığı olan insanlar üçün əsas farmakoloji müalicə olaraq qalır və psixososial müdaxilələrlə birləşdirilə bilər.
Müalicə məqsədləri və nəticələri müdaxilənin növündən və müştərinin ehtiyaclarından, qanunsuz narkotik istifadəsinin qarşısının alınmasından yaxud azaldılmasından zərərin qarşısının alınmasına, sosial reinteqrasiyaya və sağalmaya qədər dəyişə bilər.
Avropa Narkotiklə Mübarizə Agentliyi ilə (EUDA) Avropa Xəstəliklərin Qarşısının Alınması - Nəzarəti Mərkəzinin (ECDC) narkotik inyeksiya edən insanlar arasında yoluxucu xəstəliklərin qarşısının alınması və nəzarətinə dair son təlimatları, hepatit C və İİV-nin ötürülməsinin qarşısını almaq, eləcə də riskli davranışı və inyeksiya tezliyini azaltmaq üçün həm ambulator, həm də həbsxana şəraitində opioid əvəzedici terapiyasının təmin edilməsini tövsiyə edir. Təlimatlar həmçinin opioid inyeksiya edən insanların bir-birini yoluxdurmana qarşı tədbirlərin əhatə dairəsini və effektivliyini maksimum dərəcədə artırmaq üçün opioid əvəzedici terapiyası ilə yanaşı steril inyeksiya avadanlıqlarının təmin edilməsini tövsiyə edir.
Ambulator və stasionar müalicənin nisbəti də ölkələr arasında əhəmiyyətli dərəcədə dəyişir. Avropada narkomaniya müalicəsinin təxminən 13%-i stasionar şəraitdə, əsasən psixiatrik xəstəxanalar kimi xəstəxana tipli reabilitasiya mərkəzlərində, eləcə də terapevtik icmalarda və bəzi ölkələrdə ixtisaslaşmış həbsxana reabilitasiya mərkəzlərində həyata keçirilir. Lakin ümumilikdə, opioid agonist müalicəsi daha çox ambulator şəraitdə həyata keçirilir. Bunlara ixtisaslaşmış narkomaniya müalicəsi mərkəzləri, az əçatanlığı olan müəssisələr və ümumi praktikalı həkim kabinetləri də daxil olmaqla ilkin tibbi yardım mərkəzləri daxildir. Az sayda ölkə də xəstələrə ayda bir dəfə inyeksiya ilə uzunmüddətli opioid agonist müalicəsi almağa imkan verən buprenorfinlə müəyyən müddət ərzində qəbulu kimi yeni müalicə metodlarını tətbiq etməyə başlayıb. Əlavə tədqiqatlara ehtiyac olsa da, ortaya çıxan dəlillər göstərir ki, buprenorfin müalicəsi hər bir xəstəyə baş çəkmə sayını azaltmaqla həkimlərin təyinat yükünü azaltmağa kömək edə bilər və kənd yaxud ucqar ərazilərdə geniş xidmət əhatə dairəsinə kömək edə bilər. İstifadə olunan dərmanlardan asılı olmayaraq səhiyyə xidməti göstərənlərin müxtəlifliyi opioid agonist müalicəsinin təmin edilməsini və xəstənin xüsusiyyətlərini izləmək üçün çətinliklər yaradır. Bəzi ölkələrdə asılılıq müalicəsi işçilərinin sayında azalma əlamətləri müşahidə olunur, ümumi terapevt həkimlər təqaüdə çıxdıqdan və ya peşədən ayrıldıqdan sonra onun yerinə yeni həkimlər gəlmir ki, bu da müalicə sistemlərini potensial olaraq çətinləşdirir. Opioidlə əlaqəli problemlərin uzunmüddətli təbiəti, opioid agonist müalicəsi alan şəxslərin xüsusiyyətləri haqqında məlumatlar göstərir ki, Avropadakı heroin istifadəsi problemi olan şəxslər qrupu qocalır. Yəni, opioid agonist müalicəsi alan xəstələrin təxminən 70%-i hazırda 40 yaşdan yuxarıdır, 10%-dən azı isə 30 yaşdan kiçikdir. Bunun müalicə xidməti və xərclər üçün əhəmiyyətli nəticələri var, çünki səhiyyə işçiləri artıq getdikcə daha həssas əhalidə daha mürəkkəb-qarmaqarışıq tibbi ehtiyacları ödəməlidirlər. Burada əsas məsələ odur ki, xəstələrin qocalma prosesi ilə ortaya çıxan digər xəstəliklər üçün müalicə təklif edən ümumi tibb xidmətləri mexanizmləri təmin edilsin. Bu, opioid asılılığı üçün müalicə alan və narkotik istifadəsi, eləcə də tütün və alkoqol istifadəsi ucbatından uzunmüddətli fiziki problemlər səbəbindən geriatrik qayğıya ehtiyacı olan yaşlı xəstələri dəstəkləmək üçün daha çox zəruri olur. Bu marjinal qrup üçün müalicə, həmçinin əqli sağlamlıq, sosial təcrid, məşğulluq və mənzil ilə bağlı mürəkkəb və uzun müddət davam edən məsələləri də həll etməlidir. Avropada opioid istifadəsinin demoqrafik göstəriciləri dəyişməyə davam etdikcə, bu qrup üçün inteqrasiya olunmuş, çoxsahəli və yaşa görə qayğının inkişafı siyasət və xidmət təminatının vacib aspekti olaraq qalacaq.
Yerli dərman bazarlarında fərqli narkotik istifadəsi və yeni, güclü sintetik opioidlərin meydana çıxması, xüsusən də yaşlı şəxslər və mürəkkəb səhiyyə ehtiyacları olan insanlar üçün opioid istifadəsi ilə bağlı riskləri artıra bilər.
Bəzi Avropa ölkələrində fentanil, karfentanil və nitazonların qalması narahatlıq doğurur. Bundan başqa, Əfqanıstandan Avropaya qaçaqmalçılıq yolu ilə gətirilən heroin situasiyasının dəyişməsi Avropa narkotik qara bazarlarının qiymətləndirilməsinə qeyri-müəyyənlik qatıb. Avropada heroin azalarsa, sürətli opioidlərdən istifadə edən insanlar arasında müalicəyə ehtiyac arta bilər. Bu, sintetik narkotiklərdən asılı olanlara kömək etmək üçün narkotik müalicə sistemlərinin indiki metodları ilə bağlı suallar doğurur. Amerikada klinik təcrübə metadon və buprenorfinin heroindən fentanilə keçən insanların müalicəsində roluna dair məlumat verməyə başlasa da, hazırda sübutlara əsaslanan protokollar yoxdur. Narkotik müalicə sistemlərində olan dərmanlarla birlikdə yeni yanaşmaların potensial effektivliyini müəyyən etmək üçün əlavə tədqiqatlar, xüsusən də randomizə edilmiş nəzarətli sınaqlar üçün siyasi və maliyyə dəstəyinə ehtiyac var.
Opioid agonist müalicəsi alan gənclərin sayı nisbətən az və sabit olaraq qalır. Bu, gənclər arasında opioid istifadəsinə başlama nisbətinin aşağı olması və opioid agonist müalicəsi alan xəstə qrupunun yaşlanması ilə izah edilə bilər. Bununla belə, Almaniya, Avstriya və Finlandiya da daxil olmaqla bəzi ölkələr 30 yaşdan kiçik insanlar arasında opioidlə əlaqəli aşırı doza həddinin nisbətən yüksək nisbətdə olduğunu bildirirlər ki, bu da opioid agonist müalicəsinə çıxışın bu yaş qrupu üçün maneələrin qaldığını göstərir. Bu maneələrə gənclər arasında müalicənin aşağı səviyyədə saxlanılması, opioid agonist müalicəsi haqqında mənfi təsəvvürlər, müalicə xidməti təmin edənlərin bəzilərinin preparat təyin etməkdən çəkinməsi və yaşa uyğun müalicə şəraitinin olmaması daxil ola bilər. Ümumilikdə, AB-də təxminən 860.000 yüksək riskli opioid istifadəçisinin yarıdan çoxu 2023-cü ildə opioid agonist müalicəsi alıb ki, bu da təxminən Norveç və Türkiyə daxil olmaqla 523.000 nəfər təşkil edib. Bəzi ölkələrdə opioid agonist müalicəsi alan insanların sayı artıb ki, bu da müalicəyə çıxışın yaxşılaşmasını əks etdirir: 2018-2023-cü illər arasında 10 ölkədə, o cümlədən Finlandiya (75%), Polşa (50%), Kipr (20%), İsveç (16%) və Maltada (15%) xəstələrin sayında artım qeydə alınmışdır. Avropa standartlarına görə, opioid asılılığı olan insanlar üçün ixtisaslaşmış narkotik asılılığı müalicə mərkəzlərinə müraciət etməyin ən yaygın yolu könüllü müraciətdir. Ailə üzvlərindən və ya dostlarından gələn müraciətlər də daxil olmaqla, bu cür müraciət, 2023-cü ildə Avropada ixtisaslaşmış narkotik asılılığı müalicə mərkəzlərinə müraciət edən ilkin opioid asılılığı olan insanların təxminən üçdə ikisini (64%) təşkil edib. Xəstələrin beşdə birindən çoxu (23%) digər narkotik asılılığı müalicə mərkəzləri də daxil olmaqla səhiyyə, təhsil və sosial xidmətlər, 7%-i isə cinayət ədalət sistemi tərəfindən terapiyaya göndərilib. 2023-cü ildə 25 ölkə opioid asılılığının müalicəsi üçün birdən çox dərman tətbiq etdiyini bildirmişdir. Metadon ən çox təyin edilən dərmandır və Avropada opioid müalicəsində olan xəstələrin yarısından çoxu 55%-i qəbul edir. Digər 35%-i buprenorfin əsaslı dərmanlarla müalicə olunur ki, bu da 9 ölkədə istifadə edilən əsas dərman hesab olunur. Uzunmüddətli təsirli morfin və ya diasetilmorfin (heroin) kimi digər maddələr daha az təyin edilir və Avropada opioid müalicəsində olan xəstələrin 10%-i qəbul edir. Yeddi ölkə heroinlə müalicə təmin etdiyini bildirmişdi, amma bu pilot layihələr dayandırılıb.
Beş ölkə yeni buprenorfin formulalarından - uzunmüddətli təsirli inyeksiya məhlulu və dərialtı implantdan istifadə edildiyini bildirib. Bu formulalar müvafiq olaraq 2018 və 2019-cu illərdə AB ərazisində qüvvədə olan marketinq icazəsi alıb. Opioid asılılığı üçün alternativ müalicə üsulları opioid agonist müalicəsindən daha az yaygın olsa da, onlar bütün Avropa ölkələrində mövcuddur. 2023-cü il üçün mövcud məlumatları olan 11 ölkədə opioid istifadə edən və müalicə alan bütün insanların 3%-dən 47%-ə qədəri opioid agonist müalicəsi hesab edilməyən müdaxilələr, məsələn, tibbi nəzarət altında detoksifikasiya və ambulator yaxud stasionar dərman dayandırma proqramları alır.
Stopnarkotik.az