Ötən gün 10,7 kiloqram narkotik ələ keçirilib - RƏSMİ

Mayın 22-də ümumi çəkisi 10,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Stopnarkotik.az-a verilən məlumata əsasən, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aşkarlanıb. 

"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - nazirlikdən bildirilir.