Rusiya Kiyevə hava zərbələri endirdi: çox sayda ölü və yaralı var - VİDEO

Ötən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevə hava zərbələri endirib.

Stopnarkotik.az UNİAN-a istinadən xəbər verir ki, nəticədə 14 nəfər həlak olub.

Zərərçəkənlərin sayı 55 nəfərə çatıb.

Hazırda dağıntılar altında axtarışlar davam etdirilir.

Kiyevin meri Vitaliy Kliçkonun sözlərinə görə, hücum nəticəsində 40-dan çox mənzil dağılıb.