Rusiya Ali Məhkəməsi narkotik vasitələrin satış məqsədi olmadan əldə edilməsi və saxlanmasına görə cəzanın dəyişdirilməsini təklif edib.
Stopnarkotik.az xəbər verir ki, Ali Məhkəmənin Plenumuna təqdim edilən Cinayət Məcəlləsinə dəyişiklik layihəsində təqsirli şəxslərin həbsxanaya deyil, narkomaniyadan müalicəyə göndərilməsi təklif edilir.
Təklif olunan dəyişikliklər Cinayət Məcəlləsinin 228 -ci maddəsinin 1-ci hissəsindən (satış məqsədi olmadan narkotik vasitələri əldə etmə, saxlama), 231-ci (narkotik bitkilərin becərilməsi) maddəsinin 1-ci hissəsindən, Cinayət Məcəlləsinin 233-cü maddəsində (narkotik maddələr üçün saxta reseptlər) azadlıqdan məhrum etmə növündə cəzanı istisna edir.
Hazırda bu maddələrə görə maksimum cəza 3 ilə qədər azadlıqdan məhrumetmədir. Bundan əlavə, sənəd 228-ci maddənin 2-ci hissəsinə əsasən (10 ildən 5 ilə salmaq) və 228-ci maddənin 3-cü hissəsinə əsasən (15 ildən 10 ilə salmaq) cəza müddətlərnin azalmağı nəzərdə tutur.
Ali Məhkəmə öz izahatında qeyd edir ki, son 20 ildə qanunvericilikdə edilən dəyişikliklər narkotiklərin qanunsuz dövriyyəsinə görə məsuliyyətin artırılmasına yönəlib. Bununla belə, məhkəmə təcrübəsinin təhlili “narkotik vasitələrin satışı ilə bağlı olmadıqda belə əməllərə görə məsuliyyət tədbirlərinin seçilməsinə qanunverici tərəfindən daha balanslı yanaşmanın” zəruriliyini sübut edir. Ali Məhkəmə onu da qeyd edib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində cinayətlər çox vaxt reabilitasiyaya ehtiyacı olan şəxslər tərəfindən törədilir, yəni onların xəstəliyi cinayət törətməyə sövq edən amildir.
Rusiya Federasiyasının Ali Məhkəməsi hesab edir ki, "belə məhkumlara narkomaniyadan müalicə almaq imkanının verilməsi fərdin sosiallaşmasının və təkrar cinayətlərin qarşısının alınmasının vacib vasitələrindən birinə çevriləcək".
Stopnarkotik.az