Şamaxıda ticarət mərkəzindən yıxılan qız komaya düşdü

Şamaxıda 32 yaşlı qız ticarət mərkəzinin binasından yıxılıb.

Stopnarkotik.az xəbər verir ki, Şamaxı şəhər sakini, 1993-cü il təvəllüdlü Günel Yəhyayeva işlədiyi ticarət mərkəzinin 3-cü mərtəbəsində pəncərəni silərkən balkondan yıxılıb.

O, ağır kəllə-beyin travması, topuq və çanaq sınıqları ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilkin tibbi yardım göstərilsə də, vəziyyəti həddindən artıq ağır olduğundan təcili tibbi yardım briqadasının müşayiəti ilə Bakıya Kliniki Tibbi Mərkəzə çatdırılıb.

G.Yəhyayevanın komatoz vəziyyətdə olduğu bildirilir.