Sumqayıt şəhərində müxtəlif ünvanlardan 14 ədəd su sayğacı oğurlanıb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə təqsirli bilinən 39 yaşlı A.Məhərrəmov, 33 yaşlı A.İskəndərova və 31 yaşlı S.İskəndərova tutulublar.
Həmin şəxslər saxlanılarkən üzərlərindən psixotrop maddə metamfetamin də aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.