Tərtərdə qayınata gəlinini öldürdü

Tərtərdə qayınata gəlinini bıçaqlayaraq öldürüb.

Hadisə rayonun Poladlı kəndində qeydə alınıb.

Kənd sakini, 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynov gəlini, 1990-cı il təvəllüdlü Hafizə Rzayevanı qətlə yetirib.

Hadisəni törədən polis əməkdaşları tərəfindən saxlanaraq istintaqa təhvil verilib.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.