Türkiyədə futbol hakimlərinə qarşı başladılan qeyri-qanuni mərc oyunları çərçivəsində 21 nəfər saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Bildirilir ki, saxlanılanlar arasında 17 hakim, bir klub prezidenti və bir klubun keçmiş sahibi də var.
Xatırladaq ki, Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu bu yaxınlarda keçirdiyi mətbuat konfransında ölkədə peşəkar futbol liqalarının matçlarına təyinat alan 571 hakimdən 371-nin mərc oyunları saytlarında aktiv hesabları olduğunu bildirib. Bu açıqlamadan sonra prokurorluq araşdırmalara başlayıb. Rəsmilər son beş ilin bütün məlumat və qeydlərinin araşdırılacağını açıqlayıblar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da hadisəyə münasibət bildirmiş, məsələnin araşdırıldığını ifadə edərək dövlətin üzərinə düşəni etdiyini qeyd etmişdi.