Türkiyədə "patı" istifadəsi 305%-ə yüksəlib - HESABAT

Son günlər Türkiyə gündəmi media, şou-biznes və futbol sferası simalarının narkotik istifadəsi xəbərləri ilə çalxalanır. 

Xəbər verdiyimiz kimi, Avropa Birliyi Narkotiklə Mübarizə Agentliyi (EUDA – Evropean Union Drugs Agency) 2025-ci il üzrə hesabatını açıqlayıb. 

Stopnarkotik.az agentliyin saytına istinadən xəbər verir ki, illik hesabatın hazırlanmasında Avropa İttifaqına üzv dövlətlər, o cümlədən namizəd ölkə olan Türkiyə və Norveç tərəfindən quruma təqdim edilən məlumatlardan istifadə olunur.

Amfetamin, metamfetamin və sintetik katinonlar Avropa qara bazarında dövriyyədə mərkəzi sinir sistemini oyadan sintetik narkotiklərdir. 2017-2024-cü illər arasında 24 Aİ üzvü dövlətində aparılan sorğular göstərir ki, son bir ildə 1,6 milyon gənc (15-34 yaş arası qrupun 1,6%-i)amfetamin istifadə edib. 2024-cü ildə məktəblərdə aparılan sorğularda AB üzv dövlətlərindəki 15-16 yaşlı şagirdlərin 10%-i amfetamini asanlıqla əldə edilə bilən, 7,9%-i isə metamfetamini asanlıqla əldə edilə bilən kimi qiymətləndirilib. Orta hesabla, şagirdlərin 1,8%-i həyatlarında ən azı bir dəfə amfetamin, 1,4%-i isə metamfetamin istifadə etdiyini bildirib. 1%-dən azı ilk dəfə bu və ya digər maddəni 13 yaşında və ya daha kiçik yaşlarında istifadə etdiyini bildirib.

Yüksək risk qruplarında metamfetamin istifadəsinin qiymətləndirilməsini təqdim edən bəzi ölkələrdə yayılma nisbəti Kiprdə hər 1000 nəfərə 0,71%-ə (yüksək riskli narkotik istifadəsi qrupunda 429 nəfər) Çexiyada hər 1000 nəfərə 5,48%-ə (37.900 yüksək riskli narkotik istifadəçisi) və Slovakiyada hər 1000 nəfərə 3,9%-a (14.056 yüksək riskli narkotik istifadəçisi) qədər dəyişir. Narkotik istifadə edən insanlar üzərində aparılan qeyri-reprezentativ araşdırma olan 2024-cü il Avropa Onlayn Narkotik Sorğusunda Avropa Birliyində və ya Norveçdə yaşayan respondentlərin 17%-i amfetamin, 9%-i sintetik katinonlar və 5%-i metamfetamin istifadə etdiklərini bildiriblər. Polinarkomaniya, yəni bir neçə narkotik maddənin eyni zamanda istifadəsi amfetamin və metamfetamin istifadəçiləri arasında geniş yayılıb: amfetamin istifadəçilərinin yalnız 9%-i və metamfetamin istifadəçilərinin 13%-i son istifadə zamanı tütün və alkoqol da daxil olmaqla başqa heç bir narkotik maddə olmadan bildiriblər. Amfetamin istifadə edənlərin 86%-i adətən onu toz/kristal formasında iyləyərək buruna çəkməklə istifadə ediblər. Orta hesabla gündə bir tablet istifadə edilib. Metamfetamin istifadə edənlərin 71%-i onu iyləyib, 26%-i isə toz/kristal formalarından istifadə edərək borucuqla buruna çəkiblər. Orta hesabla gündə bir tablet istifadə edilib. Amfetamin istifadə edənlərin 66%-i onu "sərxoş olmaq"/əylənmək üçün, yarıdan çoxu isə "oyaq qalmaq" üçün istifadə etdiyini bildirib. Metamfetaminlə bağlı isə, yarıdan bir qədər çox istifadəçi narkotiki "sərxoş olmaq"/əylənmək üçün, 44%-i isə "oyaq qalmaq" üçün istifadə etdiyini bildirib.

2023-cü ildə Avropada təxminən 9200 xəstə ixtisaslaşmış narkotik asılılığından müalicəsi xidmətlərinə göndərilib və onların əsas narkotiki kimi amfetamin qeydə alınıb ki, onların da təxminən yarısı (4300) ilk dəfə müalicəyə göndərilib.

Ən son məlumatlara görə, 2023-cü ildə Bolqarıstan, Estoniya, Latviya, Litva, Macarıstan, Polşa, Finlandiya və İsveçdə ilk dəfə müalicə almaq istəyənlərin ən azı 10%-ni amfetamin istifadəçiləri təşkil edib. Çexiya, Slovakiya və Türkiyədə metamfetaminin yaratdığı problemlər üçün müalicə almaq istəyənlərin 30%-dən çoxu ilk dəfə müalicəyə cəlb edilib.

Müalicə almaq istəyən və metamfetaminin yaratdığı problemlə bağlı müraciət edən xəstələrin əksəriyyəti Çexiya, Almaniya, Slovakiya və Türkiyədən gəlir ki, onlar birlikdə 2023-cü ildə müalicə almaq istəyən təxminən 12.000 metamfetamin istifadə edən müştərinin 91%-ni təşkil ediblər. 2018-2023-cü illər arasında müalicə almaq istəyən xəstələrin sayı dörd dəfə artaraq, 305%-ə yüksəlməklə Türkiyədə ilk dəfə müalicə almaq istəyən 5900 müştərinin 43%-ni təşkil ediblər. Bundan əlavə, Yunanıstan və İspaniyadakı “Zərərin Azaldılması Xidmətləri” 2023-cü ildə metamfetamin istifadə edən xeyli sayda müştərinin olduğunu bildirir. Sintetik katinon asılılığı ilə bağlı müalicəyə qəbul hallarını bildirən ölkələrdən əldə edilən məlumatlar, xəstələrin sayının 2018-ci ildəki 425-dən 2023-cü ildə 1930-a qədər artdığını göstərir ki, bunların 90%-i Fransada (607 xəstə/2022-ci il), İspaniyada (346 xəstə/2022-ci il), Polşada (330 xəstə), Hollandiyada (310 xəstə) və Belçikada (162 xəstə) qeydə alınıb. Əsas narkotik kimi kokain xaricində stimullaşdırıcı istifadəsindən müalicə alan bütün xəstələr arasında sintetik katinon asılılığından müalicə alan xəstələrin sayı 2018-ci ildəki 3%-dən 2023-cü ildə 12%-ə yüksəlib.

Stopnarkotik.az