Pakistanın hazırda həbsdə olan keçmiş Baş naziri İmran Xan 17 il müddətinə azadlıqdan məhrum edilib.
Stopnarkotik.az xəbər verir ki, məhkəmə İmran Xanla yanaşı, onun həyat yoldaşı Büşra Bibi barəsində də 17 il həbs qərarı çıxarıb.
Məhkəmə İmran Xanı və Büşra Bibini “etibardan sui-istifadə” maddəsi ilə 10 il, “Korrupsiyanın qarşısının alınması” haqqında qanunun müxtəlif maddələri ilə isə 7 il həbs cəzasına məhkum edib.
Bundan başqa, onlara 16,4 milyon Pakistan rupisi (təxminən 60 min ABŞ dolları) məbləğində cərimə təyin edilib.