Nazirin pivəxanaya girişi qadağan edildi - VERGİLƏRİ ARTIRMASINA ETİRAZ

Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz ölkədə artan vergilərə görə obyekt sahibi tərəfindən "qara siyahı"ya salındıqdan sonra sevimli pivəxanaların birinə gedə bilməyəcək.

Bu arədə "The Mail on Sunday" nəşri xəbər verir.

Qeyd olunub ki, "Marsh Inn" pivəxanasının sahibi Martin Nouls təkcə R.Rivzin deyil, həm də hakim Leyboristlər Partiyasının bütün deputatlarının girişinə qadağa qoyub.

Bildirilir ki, Rivz məhz bu pivəxanada 2024-cü ilin iyulunda keçirilən ümumi seçkidə leyboristlərin qələbəsini qeyd edib. Nouls vurğulayıb ki, nazir yalnız vergilər azaldıldıqdan sonra ora qayıda bilər./oxu.az