Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 6-da ümumi çəkisi 4,3 kiloqramdan artıq narkotik vasitə və güclü təsiredici xassəyə malik 600 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.