4,5 KQ MARİXUANA, 1,1 KQ HEROİN , 10 ƏDƏD ÇƏTƏNƏ KOLU... - Həftəsonu aşkarlanan narkotiklərlə bağlı açıqlama

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 3-də və 4-də ümumi çəkisi 5,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,1 kiloqrama yaxın heroin və 4,5 kiloqrama yaxın marixuana, həmçinin 30 ədəd psixotrop tərkibli həb və 10 ədəd çətənə kolu olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.