ABŞ hərbçilərini öldürən şəxs Əfqanıstan vətəndaşıdır

Vaşinqtonun mərkəzində ABŞ Milli Qvardiyasının hərbi qulluqçularına atəş açaraq öldürən şəxs Əfqanıstan vətəndaşıdır.

Bu barədə "CBS News" hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verib.

Məlumata görə, hücumçunun adı Rəhmanulla Laqanvaldır. O, ABŞ-yə 2021-ci ildə gedib.

Qeyd edək ki, hadisə zamanı iki hərbçinin həlak olduğu bildirilir.