ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın cənubundakı Qoruq rayonunda və Qeşm adasında yerləşən radar obyektlərinə və pilotsuz uçuş aparatlarının (PUA) idarəetmə məntəqələrinə zərbələr endirdiyini bəyan edib.
Müvafiq bəyanat CENTCOM-un "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
Məlumata əsasən, zərbələr şənbə və bazar günləri "İranın fəaliyyətlərinə", o cümlədən beynəlxalq sular üzərində ABŞ-nin "MQ-1" pilotsuz uçuş aparatının vurulmasına cavab olaraq endirilib. CENTCOM əməliyyatın müdafiə xarakteri daşıdığını vurğulayıb.
Amerikanın iddiasına görə, əməliyyat zamanı hava hücumundan müdafiə vasitələri, yerüstü idarəetmə stansiyası və ABŞ-nin qiymətləndirməsinə görə regionda gəmiçilik üçün təhlükə yaradan iki zərbə PUA-sı məhv edilib.
Komandanlıq həmçinin əməliyyat nəticəsində Amerika hərbi qulluqçularından heç kimin xəsarət almadığını bildirib.