Son günlərin qəfil meydana çıxan silahlı münaqişəsi Tayland və Kamboca arasında yaşanan silahlı qarşıdurma oldu. Bəlkə də çoxları xəritədə nə Taylandın, nə Kambocanın harada yerləşdiyi, coğrafi mövqeyi, sərhədləri haqda məlumatsızdır, sadəcə bu ölkələrin adını eşitmiş oa bilər. Amma son günlərin əsas gündəm mövzusu kimi xəbər trendinə düşən hadisə iki ölkə arasında gərginliyin partlaması oldu. Bəs bu qarşıdurmanı tətikləyən nə oldu?
Stopnarkotik.az baş verənlərə özünəməxsus şəkildə nəzər salır.
Kambodca və Taylandın regional ticarət kontekstində mövqeyinə baxsaq, bölgənin “Qızıl Üçbucaq” ərazisinə daxil olduğunu görərik.
Tayland, Myanma və Laosun dağlıq bölgələrində (bəzi mənbələrə həmçinin Vyetnamın şimal-şərqi və cənubi Çin də daxildir) yerləşən coğrafi ərazi 20-ci əsrin ortalarında geniş tiryək istehsalı və ticarəti sisteminin meydana çıxdığı, yerli və qlobal elitalarla əlaqələri olan mütəşəkkil cinayətkarlıq sindikatlarının cəlb olunduğu yerdir. Myanma (Birma)Əfqanıstandan sonra dünyanın ikinci ən böyük tiryək istehsalçısıdır və dünya tiryəkinin təxminən 25%-ni istehsal edir. Tiryək istehsalı əsasən Şan və Kaçin əyalətlərində cəmləşib.
1949-cu ilin dekabrında Çin vətəndaş müharibəsində məğlub olan və Tayvana köçə bilməyən Qomindan qalıqları Birmaya qaçmağa məcbur oldu. Orada Şan əyalətinin şərq hissəsində yerləşdilər və əyalətdə yetişdirilən tiryək daşınmasına nəzarət etdilər.
1970-ci illərdə ən böyük yerli narkokartel Kxun Sa kimi tanınan keçmiş Qomindan üzvü Çjan Şifunun rəhbərlik etdiyi “Şan Birləşmiş Ordusu” idi. Məhz o, şanlıları heroin sataraq azadlıq mübarizəsi üçün pul qazanmağa inandırdı. O illərdə 50 minə yaxın insan narkotik vasitələrin istehsalı, tranziti və satışının təhlükəsizliyini təmin edib.
“Qızıl Üçbucağ”ın başçıları yeni tranzit sxemləri hazırladılar və satış bazarını genişləndirdilər. Narkotiklər Myanmadan kiçik balıqçı gəmiləri ilə Şri-Lanka və Hindistana daşınırdı, quru yolu ilə isə narkotik karvanları Banqladeşdən keçirdi.
Daha sonra böyük tiryək partiyaları Bombey və Madrasda, eləcə də Pakistan limanlarında gəmilərə yüklənərək bütün dünya üzrə müştərilərə göndərilirdi.
Digər tranzit ərazi Tailand və Kambocadan keçirdi. Narkotik şanlılar, hindli üsyançı qruplar və korrupsioner Tayland rəsmiləri tərəfindən qorunurdu. Hətta indi də Taylandda dünyada yeganə "Tiryək Muzeyi" açıq fəaliyyət göstərir.
Hal-hazırda, heroindən əlavə, Myanmanın Şan əyalətində qeyri-qanuni kristal metamfetamin və “Yaba tablet”lərinin istehsalı üzrə dünya mərkəzi hesab edilən “Qızıl Üçbucaq”da qeyri-leqal sintetik metamfetamin istehsal olunur. Metamfetamin oradan bütün Cənub-Şərqi Asiyaya, eləcə də Avstraliya, Yeni Zelandiya, ABŞ, Kanada, eləcə də Yaponiya, Cənubi Koreya və Avropa ölkələrinə çatdırılır. 2016- 2020-ci illər arasında kristal metamfetamin və metamfetamin tərkibli həb istehsalının və ticarətinin genişlənməsi kriminal “Sam Qor” mafiyasının fəaliyyəti ilə bağlanıb. “Sam Gor” sindikatı beş əsas cənubi Çin triadası sindikatının birliyidir. BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin hesablamalarına görə, narkomafiya ilk növbədə narkotrafik və narkoticarətilə məşğul olur və illik 8 milyard dollardan 17 milyard dollara qədər gəlir qazanır. Hüquq-mühafizə orqanlarının hesabatları isə göstərir ki, “Sam Qor” Myanma, Tayland və Filippinin narkotik bazarında “at oynadır”, Cənub-Şərqi Asiya və Asiya-Sakit Okean regionunda metamfetamin bazarının təxminən 40 faizinə nəzarət edir. Və polis hesab edir ki, “Sam Qor” narkomafiyasının başında Quanqdonq əyalətindən olan etnik çinli, 1963-cü il təvəllüdlü Kanada vətəndaşı Tse Çi Lop durur.
Indi isə gələk Taylan və Kambocanın himayədarlarına. Məlumdur ki, müasir dünyanın aparıcı savaç tərzi birbaşa müharibə yox, proksi qüvvələrlə müharibə aparmaqdır.
Potensial olaraq Kambocanın dəstəkçisi kimdir?
Çin ən çox ehtimal olunan himayədardır. Çin Kambocada güclü iqtisadi və siyasi təsirə malikdir: infrastruktur, kreditlər, xüsusi limanlarla güclü iqtisadi və siyasi təsirə malikdir. Pekin texniki dəstək, kəşfiyyat, silah təchizatı təmin edə bilər. ASEAN ilə münasibətləri korlamamaq və ABŞ-ı qıcıqlandırmamaq üçün birbaşa hərbi müdaxiləyə getməz. Üçüncü tərəflər vasitəsilə gizli logistika, kiber dəstək və ya silahlar mümkündür.
ABŞ-ın Taylandla müttəfiq münasibətləri var (strateji müdafiə tərəfdaşı, Cobra Gold təlimləri). Vaşinqton Taylandı dəstəkləyəcək, xüsusən də Kamboca Çin dəstəyi ilə hərəkət edərsə.
"Gizli dəstəy"ə nə daxil ola bilər? Digər münaqişələrdə olduğu kimi PUA, elektron müharibənin, hava hücumundan müdafiə vasitələrinin tədarükü, muzdlular və ya üçüncü ölkələrdən məsləhətlər.Kamboca Çindən gizli silahlar və kəşfiyyat məlumatları ala bilər. Tayland arxa cinahdan hücumlarını artıra, təchizatı bloklamağa başlaya bilər.
Müqayisədə bəlli olur ki, Çin açıq şəkildə Kambocanı, ABŞ Taylandı dəstəkləyəcək.
Bu arada Çinlə aparılan I və II Tiryək müharibələrini xatırlamaq yerinə düşər. Necə deyərlər, tarix təkrarlanır. Əgər məsələyə tarix və hazırkı reallıqlar prizmasından baxsaq, məlum olar ki, “Qızıl Üçbucaq” narkoticarət-narkotrafikində fırlanan nəhəng gəlirlər və yenidən bölgü Kamboca-Tayland müharibəsinin əsas hədəfidir. Belə anlaşılır ki, Çinin Meksikadan daxilinə fentanil axıtmasının qarşısını ala bilməyən ABŞ Pekini burada cəzalandırmaq istəyir. Bir az da dəqiqləşdirsək, Əfqanıstanda heroin istehsalının ixtisara düşməsilə heroin mərkəzi “Qızıl Üçbucağ”a keçib. Üstəlik hazırda Myanmanın Şan əyalətində məskən salmış Çinli narkomafiya “Qızıl Üçbucağ”a nəzarət edir, deməli nəhəng narkotik – tiryək – heroin-metamfetamin istehsalını, həmçinin onun daşındığı yolları nəzarətdə saxlayır. Bu faktiki Çinin nəzarəti, deməli nəhəng pullar qazanması deməkdir. ABŞ da bundan pay istəyir, yaxud “qaynar narkotik qazanını” ələ keçirmək istəyir. Ələlxüsus da Çin dodaq uçuqladan narkoticarətə və narkotrafikə “Sam Qor” narkomafiyasının əliylə nəzarət edirsə, çiçəklənirsə... Hələ işin içində Tayland və Kambocadan keçən narkotrafik varsa...
Nəhəng pullar olan yerdə qalan bütün səbəblər sadəcə bəhanədir. Kamboca – Tayland hərbi qarşıdurmasına “Preah Vihear Temple” məbədinə sahiblik iddiasının səbəb olması isə sadəcə “acı gülüş” doğurur və bu məsələlərdə sahəlövhüyə, müharibələrə “müqəddəs qayə”nin sırınmasına yer olmadığını göstərir.
Stopnarkotik.az