Türkiyəli beynəlxalq münasibətlər üzrə ekspert Əmrah Kaya Xəzər regionundan və Orta Asiyadan Avropaya enerji ehtiyatlarının ötürülməsində əsas halqa kimi Azərbaycanın artan rolundan danışıb.
Ekspert qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra ölkə hərbi, siyasi və diplomatik mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib və bu da ona geosiyasi mövqeyindən və regional şəraitdən milli siyasətini irəli aparmaq üçün səmərəli istifadə etməyə imkan verib.
Kaya vurğulayıb ki, Azərbaycan beynəlxalq hüquqa görə haqlıdır və bunu həm Qarabağın işğalı zamanı, həm də hərbi əməliyyatlardan sonra ölkəyə qarşı BMT və MDB qətnamələrinin olmaması sübut edir.
Ekspert həmçinin Orta Asiya və Cənubi Qafqaz ölkələri arasında daha dərin siyasi və iqtisadi inteqrasiyanın mümkünlüyü barədə fikirlərini bildirib.
Stopnarkotik.az