Ötən gün axşam saatlarında Bakı şəhərinin Nəsimi rayonunda, Səməd Vurğun və Molla Pənah Vaqif küçələrinin kəsişməsində KIA Cerato markalı avtomobil yanıb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Stopnarkotik.az-a bildirilib ki, polis əməkdaşları hadisə yerinə operativ şəkildə çataraq yanğını yanğınsöndürən vasitələrdən istifadə edərək söndürüblər.
Eyni zamanda kəsişmədə yol hərəkətinin təhlükəsizliyi təmin olunub və yanğınsöndürən maşınların hadisə yerinə maneəsiz çatması üçün zəruri tədbirlər görülüb. Yanğın qısa müddətdə söndürülüb.